Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Telnov küçəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Bakı Regiona Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. pizza hut
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2016-cı il təvəllüdlü azyaşlını xilas ediblər.
Telegram kanalımız