FHN nazirliyə məxsus binadakı yanğınla bağlı məlumat yayıb

saytların hazırlanması

Evə çatdırılma

FHN nazirliyə məxsus binadakı yanğınla bağlı məlumat yayıb

Sosial

03 Aprel 2019 15:46 804


Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən “Yeni Sabah”a bildiriblər ki, nazirliyin 112 – “qaynar” telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğının baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqiqədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mərkəzin yerləşdiyi, ümumi sahəsi 378 kvadratmetr olan üçmərtəbəli binanın sonuncu mərtəbəsində bir otağın 50 kvadratmetr sahəsi, digər otağın və dəhlizin tavanı 20 kvadratmetr sahədə yanıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!