Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanlarda dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, qərarla sözügedən fərmanlada bəzi dəyişiklik və əlavələr olunub.
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə “prosesində” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilib. Pepperoni pizza
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda isə aşağıdakı dəyişikliklər olunub:
2.1. 2.2-ci bənddə “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilib;
2.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilib:
“2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”;
2.3. 2.12-ci bəndə “obyektlərin,” sözündən sonra “habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə “tikintisi üçün” sözləri “tikintisinə başlamaq üçün” sözləri ilə əvəz edilib;
2.4. 2.14-cü bəndə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilib;
2.5. 2.16-cı bəndə “qeydlər aparmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilib;
2.6. 2.19-cu bəndin birinci cümləsinə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilib;
2.7. 3.1.2-ci yarımbənddən “və xüsusi nişanın” sözləri çıxarılıb;
2.8. həmin Qaydalara əlavə ¬¬¬– “Tikintidə dövlət nəzarəti jurnalı”nda “Qeydlər”in 1-ci hissəsində “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilib.
Telegram kanalımız