FHN Şamaxı və Qobustanda yağış sularının çəkilməsi üçün işlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

FHN Şamaxı və Qobustanda yağış sularının çəkilməsi üçün işlərə başladı

Rəsmi

15 İyul 2020 19:54 993


Bu gün günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hal-hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!