Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Ramana qəsəbəsindəki Şuşa məhəlləsində baş verən yanğınla bağlı rəsmi açıqlama yayıb.
Yenisabah.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb və yanğın söndürülüb. Pepperoni pizza
Telegram kanalımız