FHN universitetdə yoxlamalar apardı - Rektor cərimələnə bilər

saytların hazırlanması

Evə çatdırılma

FHN universitetdə yoxlamalar apardı - Rektor cərimələnə bilər

Sosial

31 Yanvar 2025 20:20 344


Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparıb. 

Qaynarinfo-nun məlumatına görə, universitetdə yoxlama FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilib. 

Universitetin rektoru Ceyran Mahmudova barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. pizza mizza

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə 11.02.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!