FIDE prezidenti Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

FIDE prezidenti Bakıya gəldi

İdman

28 Aprel 2025 10:50 353


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəliblər.

Yenisabah.az xəbər verir ki, onlar bu gün Aərbaycan Şahmat Federasiyası (AŞF)AŞF, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcəklər.

Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq. Pepperoni pizza

Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!