Fira sürücülərin davasını çəkib, paylaşdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Fira sürücülərin davasını çəkib, paylaşdı - Video

Şou

01 İyun 2019 08:20 1493


Ötən gün aparıcı Fira (Firuzə) Cəlilova sürücülərin davasının şahidi olub.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə İnstaqram hesabında davanın videosunu və detalları barədə məlumat yayıb.

“31 may saat 20:30 radələrində “Şamaxinka” deyilən ərazidə kiçik minik avtomobilinin sürücüsünün 65 saylı avtobusun sürücüsü arasında insident baş verib. pizza

Minik avtomobil sahibi avtobus sürücüsünü yol verməməkdə ittiham etməsinin, soyuq silahla (bıçaqla) üstünə hücum edib,ölümlə hədələdiyinin, təhqir edirici sözlərdən istifadə edərək cəmiyyət içərisində avtobus sürücüsünün şərəf və ləyaqətini alçatmasının şahidi oldum”.

Aparıcı daha sonra bildirib ki, başqa bir avtobus sürücüsü həmkarına dəstək olmaq üçün köməyə gəlib. Lakin onun cəhdləri uğursuz alınıb. Belə ki, minik avtomobilinin sürücüsü ona fiziki təzyiq göstərib, maşının baqajından oksigen balonunu götürüb, ona hücum edib. Ətrafda olan insanların köməyilə avtobus sürücüsü özünü qoruya bilib.

Cəlilova müvafiq orqanlara müraciət edərək, məsələyə baxılmasını xahiş edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!