“Fitch“ neftin qiyməti ilə bağlı proqnozlarını endirdi

saytların hazırlanması

Evə çatdırılma

“Fitch“ neftin qiyməti ilə bağlı proqnozlarını endirdi

İqtisadiyyat

06 Dekabr 2019 10:47 897


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

"Yeni Sabah"ın agentliyə istinadən verdiyi məlumata görə, bu il üçün proqnozlaşdırılan qiymət Brent neftinin bir bareli üçün 65 dollardan 63,4 dollara, WTI markalı neftin bir bareli üçün isə 57,5 dollardan 56,83 dollara endirilib.

Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları isə dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır. Sezar pizza

Agentliyin proqnozlarına əsasən, 2022-ci il və daha uzunmüddətli perspektivdə Brent neftinin bir bareli 57,5 dollar, WTI markalı neftin bir bareli isə 55 dollar olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!