Son günlər sosial şəbəkələrdə müxtəlif şairlərin yazdığı məşhur misralarla postlar paylaşılır.
Artıq sözügedən trendə müxtəlif ekspertlər, tanınmış şəxslər də qoşulub.
Yenisabah.az xəbər verir ki, tanınmış politoloq, şair Elçin Mirzəbəyli də məsələyə səssiz qalmayıb. O, ad çəkməsə də, son günlər paylaşılan postlara eyham vurub: pizza hut
“Gerçək ədəbiyyat, söz adamlarına qeyri-ciddi yanaşanların əksəriyyəti, çörəyi birbaşa və ya dolayısı ilə sözdən çıxanlar, sözdən çıxılanlar, sözə çıxılanlardı... Kəsəsi, çıxılanlardı...
Prinsip etibarilə kvant fizikası ilə də məşğul ola bilərsən, amma fitrətində qeyri-ciddilik varsa, aşağı-yuxarı, ən ciddi nəsnələr haqqında danışanda da bambılı kimi görünəcəksən”.
Telegram kanalımız