Flora Kərimovadan Mehriban Əliyevaya   təşəkkür məktubu

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovadan Mehriban Əliyevaya təşəkkür məktubu

Mədəniyyət

17 İyun 2026 16:28 315


Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı çətin günlərdə ona göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkür məktubu ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu dəstəyin ailəsi üçün mənəvi dəyər daşıdığını bildirib:

“Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı. Dominos pizza

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!