Fond pensiya artımı ilə bağlı məlumat yaydı -   Ödənişlər bu tarixdən başlayır

saytların hazırlanması

Evə çatdırılma

Fond pensiya artımı ilə bağlı məlumat yaydı - Ödənişlər bu tarixdən başlayır

Sosial

11 Fevral 2026 14:37 4013


Fevral ayının 13-də pensiyaların artımla birgə ödənişinə başlanılacaq. 

Bu barədə “Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondudan məlumat verilib. 

Bildirilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Dördpendirli pizza

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!