Abşeronda yol qəzası qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Xırdalan qəbristanlığı yaxınlığında baş verib.
Magistral yolda hərəkət edən “Ford” markalı, “99-XK-325” dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmasa da avtomobilə ziyan dəyib. Toyuqlu pizza
Qəzaya sürücünün sürət həddini aşması səbəb göstərilir.
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız