Fransa çempionu məlum olur

saytların hazırlanması

Evə çatdırılma

Fransa çempionu məlum olur

İdman

01 Aprel 2025 09:41 310


Fransa əsas futbol çempionatı olan Liqa 1-də 28-ci tur çempionun dəqiqləşməsi ilə yadda qalacaq. Marafona 10 tur qalmış “PSJ” çempionluğunu vaxtından öncə elan edə bilər.

Yenisabah.az xəbər verir ki, parislilər “Ancers”lə baş tutacaq matçda qələbə, yaxud bərabərlik əldə etdiyi təqdirdə çempionluğunu rəsmiləşdirəcək. 71 xallı “PSJ”nin ən yaxın izləyiciləri “Monako” 50, “Marsel” isə 49 xala malikdir. 

Bu, Avropa liqaları tarixində yeni bir rekord olacaq. Daha öncə 2020-2021-ci il mövsümündə Yunanıstanın “Olimpiakos” klubu yerli liqanın bitməsinə 7 tur qala çempion olmağı bacarmışdı. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!