Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatı

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatı

Siyasət

16 May 2023 12:48 673


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb.

İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək. Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir. Pepperoni pizza

Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb. Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib.

“Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!