Fransa prezidentini şillələyən şəxsin cəzası məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Fransa prezidentini şillələyən şəxsin cəzası məlum oldu

Maraqlı

11 İyun 2021 14:40 793


Fransa prezidenti Emmanuel Makrona şillə vuran orta əsr döyüş sənəti həvəskarına 18 ay həbs cəzası verilib.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı Damien Tarelin cəzasının 14 ayı təxirə salınıb. Yəni sözügedən şəxs ikinci dəfə hər hansısa bir cinayət törədərsə, 14 aylıq həbs cəzası da əlavə tətbiq olunacaq. Hazırda şəxs faktiki olaraq 4 ay məhkumluq həyatı yaşayacaq.

Qeyd edək ki, həddindən artıq sağçı fikirlərə sahib olması və "Sarı jiletlilər" hərəkatına yaxınlığı ilə seçilən Tarel məhkəmə zamanı Makronu anlıq təhriklə vurduğunu deyib. Prokurorluq isə bunu "qəsdən edilən bir zorakılıq aktı" kimi qiymətləndirib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!