Fransa sahillərində qayıq batıb: 31 ölü

saytların hazırlanması

Evə çatdırılma

Fransa sahillərində qayıq batıb: 31 ölü

Dünya

25 Noyabr 2021 10:52 537


Fransa sahillərində, Pa-de-Kale sahillərində qayığın batması nəticəsində 31 nəfər ölüb.

Yenisabah.az BFM telekanalına istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen məlumat yayıb.

Nazirin sözlərinə görə, qayıqda 33 miqrant olub, onlardan 31 nəfər ölüb, ikisi sağ qalıb, lakin onların həyatları təhlükə altındadır. Boğulanlar arasında beş qadın və bir balaca qız da var. Pepperoni pizza

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, polis qəzaya görə məsuliyyət daşıya biləcək dörd daşıyıcını həbs edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!