Fransa səfiri Bakıda partiya sədrləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Fransa səfiri Bakıda partiya sədrləri ilə görüşdü

Siyasət

28 Aprel 2022 13:37 592


Bu gün Azərbaycan Milli İstiqlal Partiyasını qərərgahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azəbayacnadakı səfiri cənab Zakari Grosla görüşü keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə ölkədə və regindakı mövcud vəziyyət, Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikərin icrası, Fransanın Qarabağ məsələsindəki mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və eləcə də digər məsələlər geniş şəkildə müzakirə edilib.

Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başkanı Tural Abbaslı, AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo da iştirak edib. pizza sifarişi

Onu da qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərərgahında ABŞ-ın Azərbaycandakı səfirnin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!