Fransa səfiri ilə görüşdə: “Heyətimiz danışıqlara hazırdır“

saytların hazırlanması

Evə çatdırılma

Fransa səfiri ilə görüşdə: “Heyətimiz danışıqlara hazırdır“

Siyasət

02 May 2022 13:50 646


"Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfinin qəbul edilib".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən deyib.

Dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib. pizza sifarişi

Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!