Fransada skandal: Elon Mask ifadəyə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Fransada skandal: Elon Mask ifadəyə çağırıldı

Dünya

03 Fevral 2026 18:44 576


Fransada polislər ABŞ mərkəzli “X” şirkətinin Parisdəki ofislərində axtarış aparıb.

“Yeni Sabah” xəbər verir ki, axtarışdan sonra Elon Mask  20 aprel tarixində Parisdə ifadə verməyə çağırılıb.

Paris Prokurorluğunun məlumatına görə, polis və “Europol” şirkəti Fransa ofislərində axtarış aparıb. Bu əməliyyat 2025-ci ilin yanvar ayında başlayan araşdırma çərçivəsində həyata keçirilib. pizza

Prokurorluq həmçinin “X” şirkətinin Fransadakı sosial media platformasından çıxdığını bildirib. Fransanın  “Le Monde” qəzeti yazır ki, axtarışlar Parisdəki ofislərdə aparılıb.

Araşdırma zamanı rəhbər vəzifədə olan Linda Yakarino və “X” platformasının sahibi Elon Mask ifadəyə çağırılıb.

Prokurorluq bildirir ki, araşdırma “X” platformasına inteqrasiya edilmiş “Grok” adlı süni intellekt alətinin yəhudi soyqırımını inkar edən və saxta məzmun yayması ilə bağlıdır. Həmçinin platforma ilə bağlı digər hüquq pozuntuları da araşdırılır.

Qeyd edək ki, “Renaissance” partiyasının deputatı Erik Botorel 2025-ci ildə “X” platforması ilə bağlı şikayət etmişdi. O, platformadakı alqoritmlərdəki dəyişikliklər və Maskın şirkəti alandan sonra etdiyi müdaxilələrdən narahat olduğunu bildirmişdi.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!