"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyaui karyerasını başa vurub.
“Yeni sabah” xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi Fransa mətbuatına müsahibəsində deyib.
O, sabiq klubu "Qarabağ" haqda da danışıb. Fransalı oyunçu Qurban Qurbanovu Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidanla müqayisə edib: pizza hut

“Çoxları "Qarabağ"da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdır, hətta geyinəcəyin butslar da. Ora inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçi Qurban Qurbanovdur. O, Azərbaycanın Zidanıdır. Az qala stadionda yatırdı. Çox istəkli idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. “Qarabağ” Çempionlar Liqası və Avropa Liqasında daim iştirak edir.
Qeyd edək ki, Əl Jadeyaui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. Onun son klubu "Qrenobl" (Fransa) olub.
Telegram kanalımız