FSB araşdırma aparır: 59 təyyarə Rusiyadan qanunsuz çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

FSB araşdırma aparır: 59 təyyarə Rusiyadan qanunsuz çıxarılıb

Dünya

12 Fevral 2024 11:48 419


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) 59 mülki təyyarə və helikopterin Rusiyadan qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işləri üzrə Federal Hava Nəqliyyatı Agentliyində ("Rosaviatsiya") axtarışlar aparıb.

Yenisabah.az “İzvestiya”ya istinadla xəbər verir ki, agentliyinin mərkəzi ofisində axtarışlar aparılıb.

Axtarışlar Federal Hava Nəqliyyatı Agentliyinin bir neçə əməkdaşına qarşı səhlənkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işləri çərçivəsində aparılıb. pizza mizza

Qanunsuz sövdələşmələr 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər davam edib. Bunlardan 36 təyyarə xaricə satılıb. 21 təyyarə Aİİ-dən kənar dövlətlərin sakinləri tərəfindən alınıb, onlardan 8-i "dost olmayan ölkələr"ə satılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!