Tatarıstanda təhsil müəssisəsinə silahlı hücumun qarşısı alınıb.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Kazanda təhsil müəssisəsinə silahlı hücum hazırlayan yeniyetməni tutublar.
İki və daha çox şəxsi qətlə yetirməyə cəhd maddəsi üzrə cinayət işi başlayıb. Pepperoni pizza
Qeyd edək ki, bu il mayın 11-də Rusiyada məktəbə hücum nəticəsində 7 şagird, 2 müəllim dünyasını dəyişib, 24 nəfər isə yaralanmışdı.
Telegram kanalımız