Fuceyra limanı hədəfdə - İrandan xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Fuceyra limanı hədəfdə - İrandan xəbərdarlıq

Dünya

31 Mart 2026 15:55 333


İran Birləşmiş Ərəb Əmirliyinə növbəti dəfə xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, əgər BƏƏ ABŞ-ın hava və raket hücumlarında iştirakını davam etdirərsə, eləcə də kəşfiyyat qüvvələrinə ev sahibliyini və İsrailə dəstəyini sürdürərsə, İran cavab addımı atacaq. Dominos pizza

Mənbənin sözlərinə görə, bu halda İran BƏƏ-nin Fuceyra limanını və Hörmüz boğazından kənara neft ixracında mühüm rol oynayan əsas boru kəmərini hədəfə ala bilər.

Qeyd edək ki, Fuceyra limanı regionda strateji əhəmiyyətə malik obyektlərdən biri hesab olunur və Körfəz ölkələrinin neft ixracında mühüm rol oynayır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!