İngiltərə “Championship”ində maraqlı hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, 45-ci tur çərçivəsində keçirilən “Lids Yunayted” “Aston Villa” oyununun 72-ci dəqiqəsində qonaq komandanın oyunçusu zədələnərək yerə yıxılıb. Meydan sahiblərinin oyunçusu Mateus Klik “fair play” qaydalarına əməl etməyərək, oyunu davam etdirib və hesabı açıb.
Bu hadisədən sonra meydan oyunçuları və məşqçilər korpusu arasında insident baş verib. Qonaqların oyunçusu Əl-Qazi qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub. Oyuna yenidən başlayan “Aston villa”lı futbolçulara cavab qolunu vurmaq üçün şərait yaradılıb. Buna rəğmən, rəqib müdafiəçilər son anda hücuma çıxan tərəfə mane olublar. Dominos pizza
Lakin “Aston Villa” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Albert Adomah bərabərlik qolunun müəllifi olub. Oyun bu hesabla başa çatıb. Sözügedən görüntüləri təqdim edirik:
Telegram kanalımız