Türkiyənin Bursa şəhərində keçmiş Super Liqa futbolçusu 5 yaşlı oğlunu qətlə yetirib.
Yenisabah.az xəbər verir ki, bu şəxs 2008-2009-cu illərdə Super Liqada mübarizə aparan, hazırda Regional Amatör Liqa komandanlarından olan Yıldırımsporda oynayan Cevher Toktaşdır.
Məlumata görə, onun oğlu aprelin 23-ü COVİD-19 səbəbilə xəstəxanaya yerləşdirilib və eyni gündə həyatını itirib. İlk əvvəl onun nəfəs çatışmazlığından öldüyü deyilib. Lakin günlər sonra azyaşlının ölümü səbəbinin tamamilə fərqli olduğu ortaya çıxıb. Dominos pizza
Belə ki, atası Cevher Toktaş mayın 4-ü polis bölməsinə gedərək oğlunu özünün öldürdüyü deyib: "Hadisədən iki həftə əvvəl öskürməyə başlayıb. Lakin koronavirus tədbirləri ilə əlaqədar oğlum Qasıma birdən virus keçər deyə xəstəxanaya getmədik. Vəziyyət gərginləşdikdə isə anamın avtomobili ilə xəstəxanaya getdik. Həkim müayinə etdi və koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirməyə qərar verdilər. Gecə yanında mən qaldım. Oğlumla ikimiz biryerdəykən əsəb pozğunluğu oldu və özümə hakim ola bilmədim".
Sayad Həsənli
Telegram kanalımız