Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
Bu barədə Oxu.Az-a teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib. Marqarita pizza
Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - deyə məlumatda qeyd olunub.
Telegram kanalımız