Əlavə sanksiyalar hesabına G7 ölkələri Rusiyaya təzyiqləri artırmaq niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bu barədə Brüsseldə NATO nazirlərinin toplantısında bir araya gələn G7 xarici işlər nazirlərinin görüşündə bildirilib. İclas iştirakçıları birlikdə sanksiyalardan yan keçmək cəhdlərini dayandırmaq və ya başqa yollarla Rusiyaya təzyiq etmək niyyətində olduqlarını vurğulayıblar.
G7 ölkələri Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmaq niyyətindədir. Eyni zamanda, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, hazırda müzakirə olunan Avropa sanksiyalarının beşinci paketinə Rusiyaya qarşı neft embarqosu daxil deyil. Pepperoni pizza
Aİ-nin xarici işlər nazirləri aprelin 11-də yeni sanksiyalar paketinə baxacaqlar.
Telegram kanalımız