“Gec-tez Paşinyan getməlidir” - İqor Korotçenko

saytların hazırlanması

Evə çatdırılma

“Gec-tez Paşinyan getməlidir” - İqor Korotçenko

Siyasət

27 Noyabr 2020 17:50 1305


“Bu münaqişəyə qədər Rusiyada heç kəs bilmirdi ki, Dağlıq Qarabağdan başqa Azərbaycanın daha yeddi rayonu işğal olunub. Bu, heç müzakirə belə olunmurdu. Bu barədə münaqişənin ilk günlərində televiziyada danışan yəqin ki, tək ekspert mən idim. Sonra artıq bu barədə danışmağa başladılar”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

O təəssüflə qeyd edib ki, Rusiya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağdan savayı daha yeddi rayonu işğal etməsindən xəbərsiz olub: Dominos pizza

“Ancaq Dağlıq Qarabağ barədə danışılırdı. Bilirsiniz, buna kimi Rusiyada hər kəs məsələyə istisnasız olaraq İrəvanın, Ermənistanın Rusiyadakı lobbistlərinin nöqteyi-nəzərindən baxırdı. Bu cür təqdimat cəmiyyətə yeridilmişdi. Daha sonra münaqişə prosesi vaxtı daha çox informasiya yayılmağa başladı və insanlar reallığı dərk etməyə başladılar. Sizə deyim ki, son 20 ildə ilk dəfə idi ki, Rusiya bu məsələdə neytral mövqe tuturdu. Buna qədər belə bir şey olmamışdı. Əvvəllər Rusiyanın mövqeyi birmənalı olaraq müttəfiqi Ermənistanı dəstəkləmək idi. Bu, Rusiya ictimai fikrinin tədqiq olunması, münaqişənin məğzi və müasir vəziyyəti barədə azməlumatlı olmağın nəticəsi idi. Hesab edirəm ki, budəfəki müharibə vaxtı Rusiya ictimaiyyəti neytral mövqe tutdu. Rusiyanı Ermənistanın tərəfində müharibəyə cəlb etmək cəhdləri ictimaiyyət arasında tamamilə dəstək qazanmadı. ...Ermənistan iki-üç həftə müharibəyə dözdü, daha sonra ard-arda məğlubiyyətlər, sonda da kapitulyasiya... Mən bunları müharibənin 10-12-ci günləri demişdim. O zaman hələlik heç nə aydın deyildi, Azərbaycan cənub istiqamətində yeni hücuma keçmişdi. Tərəflərin potensialını və hazırlığını düzgün qiymətləndirmək məni bu nəticəyə gəlməyimə gətirib çıxartmışdı”.

Ekspert vurğulayıb ki, Ermənistan tərəfindən üçtərəfli bəyanatı tormozlamaq və ya pozmaq cəhdləri uğursuz olacaq:

“Razılaşma icra ediləcək. Bu sabitləşmədə vacib faktordur. O ki qaldı Ermənistandakı daxili siyasi vəziyyətə, hesab edirəm ki, gec-tez Paşinyan getməlidir. Onun əvəzinə hakimiyyətə daha praqmatik və Rusiya yönümlü qüvvələr gəlməlidir. Bu baş verəcək, ya yox? Hansı müddətdə baş verəcək? Bunu mühakimə etmirəm. Çünki vəziyyət dinamik olaraq dəyişir. Eyni zamanda, Ermənistanda heç bir siyasətçi üçtərəfli bəyanat tam icra olunmayana qədər Paşinyanın yerində olmaq istəmir. Ona görə də Paşinyan məğlubiyyət bardağını sona qədər özü içməlidir. Aydındır ki, bundan sonra Paşinyanı silib süpürəcəklər. Ondan sonra ola bilsin, Paşinyan emiqrasiya etsin, ola bilsin, Fransa Prezidenti Makronun hökumətində erməni lobbisi ilə bağlı səlahiyyətli orqana rəhbərlik etsin. Buna artıq erməni xalqı özü qərar verəcək”. (APA)      


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!