Gecə klubunda partlayış: 2 əcnəbi xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Gecə klubunda partlayış: 2 əcnəbi xəsarət alıb

Hadisə

03 Aprel 2022 09:20 550


Bakının mərkəzindəki gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Əcnəbilərdən biri İtaliya vətəndaşıdır. O, üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti sabitdir. Digər əcnəbi Seneqal vətəndaşıdır və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!