Gecə klubunda yaralananlardan biri polis imiş...

saytların hazırlanması

Evə çatdırılma

Gecə klubunda yaralananlardan biri polis imiş...

Hadisə

04 Aprel 2022 18:57 602


Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan biri polis əməkdaşıdır.

Yenisabah.az xəbər verir ki, o, 1994-cü il təvəllüdlü leytenant Aqşin Məmmədovdur. 

A.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsində inspektor vəzifəsində çalışır.  pizza mizza

Qeyd edək ki, hadisə aprelin 3-də saat 3 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!