Gədəbəydə 74 yaşlı qadının ölümü: Saxlanılan cinayətini etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə 74 yaşlı qadının ölümü: Saxlanılan cinayətini etiraf etdi

Kriminal

05 İyun 2025 13:09 400


Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Mayın 24-də Kəlaman kənd sakini olan 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. pizza hut

Mayın 30-da, gecə saat 01 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

İyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!