Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü - TƏFƏRRÜAT

Kriminal

23 Noyabr 2022 21:54 1313


Gədəbəydə ailə daxilində faciə ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Yenisabah.az xəbər verir ki, iddia edilir ki, Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib.

Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Bildirilib ki, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib.

Qadın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan sonra həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Vaqif Cəfərov özü xəstəxanalıq olub.

Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Gədəbəy Rayon Prokurroluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!