Gədəbəydə hadisə -   Ordu köməyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə hadisə - Ordu köməyə getdi

Hadisə

10 Noyabr 2025 14:45 450


Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın baş verib.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. pizza sifarişi

Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!