Gədəbəyin Söyüdlü kəndi ilə bağlı yeni məlumat

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəyin Söyüdlü kəndi ilə bağlı yeni məlumat

Rəsmi

24 İyun 2023 18:31 3547


Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Komissiyadan məlumat verilib.

Bildirilib ki, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir: Dördpendirli pizza

“Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!