“Gələcək üçün kodlaşdır“ hakatonunun qalibləri mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Gələcək üçün kodlaşdır“ hakatonunun qalibləri mükafatlandırıldı

Rəqəmsal

17 Mart 2023 16:31 4952


Azercell-in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən  yarışmada 400-ə yaxın tələbə iştirak edib.

Kommunikasiya, innovasiyalar və texnologiyalar sahələrini əhatə edən yarışmanın nəticələri mart ayının 15-i Azərbaycan-Fransız Universitetində baş tutan təltifetmə mərasimində açıqlanıb. Ümumilikdə, ölkənin 17 təhsil ocağında təhsil alan 400-ə yaxın tələbənin müraciət etdiyi hakatonun final mərhələsində 30 komanda yarışmaq imkanı əldə edib. 

Müsabiqə boyunca iştirakçıları Azercell və UFAZ-ın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşüblər. Komandalar 48 saat ərzində “korporativ bazar həlli”, “xərclərin idarə edilməsi həlli”, “oyun funksiyalı həll”, “rəqəmsal aktiv bazar həlli” və “ istedadların satışı həlli” mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışıblar.  Toyuqlu pizza

Münsiflər heyətinin qərarı ilə 1-ci yerə “3leet”, 2-ci yerə “Perihelion” , 3-cü yerə isə “Optimum” komandası layiq görülüb.

Qeyd edək ki, komandalar təqdim etdiyi texniki və biznes təqdimatlara əsasən dəyərləndirilib. Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN dəyərində pul mükafatları və Azercell-in xüsusi hədiyyələri ilə təlftif olunublar. 

Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin inkişafına dəstək verməyi öz korporativ sosial məsuliyyət siyasətinin vacib istiqaməti hesab edən Azercell yarışmanın qaliblərini bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!