“2 Fevral - Azərbaycan Gənclər Günüdür. Gənclər Günü dedikdə tarix yazan, Azərbaycanın dünyaya qalib ölkə kimi təqdimatında torpaq, Vətən sevgilərini nümayiş etdirərək “Torpaqdan pay olmaz” deyib canlarını fəda edən gənclərimizin şücaəti, qəhrəmanlığı göz önünə gəlir”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır: “Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bu mühüm məqamı da qeyd edək ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Dördpendirli pizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir: “Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur. Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi.”
“Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
“Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfələri vardır” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, gənclərin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Ümumiyyətlə, gələcəyimiz olan gənclərin mükəmməl yetişmələri bütün dövrlərin əsas çağırışıdır.
Telegram kanalımız