Gələn il Azərbaycan əhalisinin xərcləri artacaq - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Azərbaycan əhalisinin xərcləri artacaq - PROQNOZ

İqtisadiyyat

06 Noyabr 2019 14:55 1219


2020-ci ildə Azərbaycan əhalisinin xərcləyəcəyi vəsait artacaq.

"Yeni Sabah"ın məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki əhalinin xərcləyəcəyi vəsaitin cari ilinin sonuna 51 240,6 mln. manat, 2020-ci ildə isə 55 876,3 mln. manata bərabər olacağı proqnozlaşdırılır. pizza mizza

Həmçinin qeyd edilib ki, proqnozlara əsasən, orta aylıq əmək haqqı 2019-2020-ci illərdə müvafiq olaraq 620,4 manat və 716,7 manat təşkil edəcək ki, bu da real ifadədə ötən ilə nisbətən 10,4% və 10,5% çoxdur. Növbəti üç ildə orta aylıq əmək haqqının hər il orta hesabla 1,7% artacağı və artım tempinin azalan dinamikaya malik olacağı gözlənilir.

2019-2020-ci illərdə artımın, əsasən qeyri-neft sektorunda olan (illərə müvafiq olaraq, 10,6% və 10,7% artım) artımdan formalaşacağı proqnozlaşdırılmışdır ki, bu da məlum sosial islahatlar ilə əlaqəlidir.

Bu il orta aylıq əmək haqqı üzrə real artım tempinin əhəmiyyətli şəkildə sürətlənəcəyi halda, əhali gəlirlərinin real artım tempinin nisbətən zəifləyəcəyi proqnozlaşdırılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!