Gələn il üçün BƏDBİN PROQNOZ - Bu məhsulların qiyməti artacaq 

saytların hazırlanması

Evə çatdırılma

Gələn il üçün BƏDBİN PROQNOZ - Bu məhsulların qiyməti artacaq 

Sosial

19 Sentyabr 2024 10:41 496


Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyinə istinadən bildirilib. 

Məlumata görə, bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı rəyini, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb. Statistikaya görə, bu il Azərbaycanda orta illik infiliyasiya göstəricisi isə 1.3 faiz olub.

Bəs görəsən, proqnozlaşdırılan yüksək devalivasiya faizi bahalaşmaya səbəb olacaqmı?  pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, qiymət artımı infliyasiya faizlərindən asılı olmayaraq müntəzəm davam edir və edəcək: 

“Əvvəla onu deyim ki, bahalaşma hər zaman var. Bahalaşma müasir iqtisadi model üçün adi bir haldır. Sadəcə, onun faizindən söhbət gedir. Bu ilin infliyasiyası 3 faizdən çoxdur. Yəni bəli, bu ilə nisbətən, növbəti ilin infliyasiyası 1 faiz daha çox olacaq. Gələn il infliyasiyanın daha yüksək olacağı onsuz da gözlənilirdi. Hamı bilməlidir ki, qiymətlər daim artır və belə də davam edəcək. Ərzaq və bir çox idxal məhsullarında qiymət artımı gözləniləndir”. 

Ekspertin əvvəlki illərdə daha yüksək infliyasiyaların olduğunu xatırladıb: 

“Müasir iqtisadi modeldə kreditlə, yəni faizlə işlər görülür. Əgər pul faizlə dövr edirsə, təbii olaraq infliyasiya da qəbul olunandır. Amma bütövlükdə götürsək, Azərbaycan üçün 3-4 faizlik infliyasiya elə də böyük deyil. Çünki xatırlayırsınızsa, əvvəllər bundan da çox idi”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!