Gələn ildən deputatların maaşları artacaq

saytların hazırlanması

Evə çatdırılma

Gələn ildən deputatların maaşları artacaq

İqtisadiyyat

04 Noyabr 2019 07:15 1324


“İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, lakin büdcə məlumatlarına istinadən demək olar ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir.

“Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb.  pizza

Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən deputatların və məmurların maaşları artacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!