Gənc qızla dalaşan taksi sürücüsündən dəhşətli hərəkət - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gənc qızla dalaşan taksi sürücüsündən dəhşətli hərəkət - Foto

Hadisə

07 Avqust 2025 20:30 563


İstanbulun Esenyurt rayonunda taksi sürücüsü gənc qıza qarşı zorakılıq edib.

Yenisabah.az xəbər verir ki, piyada keçidindən istifadə etmək istəyən qızla taksi sürücüsü arasında mübahisə yaranıb. Qız sürücünün şəklini çəkib və bu zaman sürücü avtomobildən düşərək ona yumruq atıb. Zərbədən sonra qız yerə yıxılıb və huşunu itirib.

Ətrafdakı insanlar dərhal müdaxilə edərək qıza kömək göstərib və hadisə yerinə təcili yardım çağırılıb. Yaralı qız xəstəxanaya aparılıb. pizza hut

Hadisə ilə bağlı araşdırma aparılır, sürücünün kimliyi müəyyən edilib və onu tapmaq üçün əməliyyat başlanıb. Hadisə anı isə ətrafdakılar tərəfindən mobil telefonla qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!