Gəncə sakinlərində silah və narkotik aşkarlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər. Onların üzərində şəxsi axtarış keçirilən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, F. Əhmədovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Dördpendirli pizza
Baxış zamanı oradan gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız