Gəncədə dəm qazından zəhərlənmə: Evə buraxıldılar

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə dəm qazından zəhərlənmə: Evə buraxıldılar

Sosial

12 Yanvar 2026 11:02 304


Yanvarın 12-də saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yeni Sabah" TƏBİB-ə istinadla xəbər verir ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar. pizza mizza

Xatırladaq ki, zəhərlənənlər bir ailənin üzvləri olan 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynovadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!