Gəncədə ər arvadını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə ər arvadını bıçaqladı

Kriminal

15 Dekabr 2022 09:32 966


Dekabrın 14-ü saat 08:30 radələrində Gəncə şəhərində qadın bıçaqlanıb. 

Yenisabah.az xəbər verir ki, hadisə zərərçəkənin evində baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib. pizza mizza

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!