Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi açıqlandı

Hadisə

19 Fevral 2023 15:45 1877


Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb. Dominos pizza

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!