Gəncədə liftdə köməksiz qalan şəxs xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə liftdə köməksiz qalan şəxs xilas edildi - Video

Hadisə

04 Fevral 2024 15:54 834


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb. pizza sifarişi

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!