Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

Sosial

12 Yanvar 2026 12:24 342


"Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bu gün Röyal Bayramov səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb: Toyuqlu pizza

Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!