Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətə olan “VAZ 21011” markalı minik maşını yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mübariz Bayramovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. pizza hut
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız