Gəncədə qətl törədən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qətl törədən şəxs tutuldu

Kriminal

23 Oktyabr 2019 10:49 1112


Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. pizza sifarişi

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!