Gəncədə qohumlar arasında KÜTLƏVİ DAVA - Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qohumlar arasında KÜTLƏVİ DAVA - Xəsarət alanlar var

Kriminal

03 İyun 2025 09:22 270


Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb. Pepperoni pizza

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!